Şərtlər / Qaydalar

Geri qaytarılma

Aldığınız malı geri qaytarmaq istəsəniz, onu geri göndərməzdən öncə bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Məhsul sifarişçi tərəfindən alındıqdan sonra 14 iş günü ərzində geri qəbul edilir. Məhsulu qaytarmaq üçün verilən qəbzin təqdim edilməsi,məhsulun istifadə edilməmiş şəkildə olması və göstərilən ünvana göndərilməsi şərtdir! Məhsul təsvirə və yaxud şəkillərə uyğun gəlmədikdə yerində ödənişsiz qaytarıla bilər.

Çatışmayan mallar

Mümkün qədər diqqətli olmağa çalışdığımıza rəğmən, təsadüfi hallarda sifarişlərin yerinə yetirilməsində səhvlər ola bilər. Sizin bağlamada hər hansı əşyalar çatışmadığı halda, pulunuzun geri qaytarılması və ya həmin malların sizə çatdırılması məqsədilə bağlamanın alınmasından sonra 7 iş günü ərzində bizə məlumat verməyinizi xahiş edirik.

Qüsurlu mallar

Qüsurlu və ya zədələnmiş mallar haqqında bağlamanın alınmasından sonra 7 iş günü ərzində bizə məlumat verilməlidir.Pulunuz və ya əvəz edilmiş mallar sizə mümkün qədər qısa zaman ərzində göndəriləcəkdir.

Malların dəyişdirilməsi

Hər hansı malın digər mal ilə əvəz edilməsinə geri qaytarılma və yenidən sifariş etmə kimi baxılacaqdır. Belə ki, malların geri qaytarılması ilə bağlı qeyd olunmuş tələbləri yerinə yetirdikdən sonra saytımıza daxil olaraq lazım olan malların yenidən sifariş edilməsi xahiş edilir.